Tarix: 14-10-2025 | Saat: 16:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 27 592,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,4% azdır.
Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, nəqletmənin 74,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 20 569,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,1% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,6%-i və ya 17 404,4 min tonunu Azərbaycanda hasil edilən neft (1,54% azalma), 15,4%-i və ya 3 164,7 min tonunu (21% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.
Digər xəbərlər