Tesla, SpaceX, X (keçmiş Twitter) və bir sıra digər şirkətlərin rəhbəri İlon Mask oktyabrın 10-da Los-Ancelesdə keçiriləcək tədbirin tizerini dərc edib.
Qarabaginfo.az bildirir ki, tədbirin şüarı, ehtimal ki, Uill Smitin oynadığı “Mən, Robot” filminə istinad kimi xidmət edən ifadəsidir. Mask əlavə edib ki, bu elan tarix kitablarına düşəcək.
Sızdırılan məlumatlara görə, Amerikanın elektrikli avtomobil şirkəti adam daşıyacaq sürücüsüz robotoksiləri təqdim etməyə hazırlaşır. Həmçinin Tesla-nın ən son insanabənzər Optimus robotlarını nümayiş olunacağını gözləmək olar.