Saytımızı qiymətləndirin


 
 

Prezident Naxçıvan rəhbərinə bu tapşırıqları verib
Tarix: 27-12-2022 | Saat: 11:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident Naxçıvan rəhbərinə bu tapşırıqları verib

“Prezidentimizin tapşırıq və tövsiyələri o qədər geniş mövzuları əhatə edir ki, bunları, əlbəttə ki, qısa bir müddətdə həll etmək olduqca çətindir. Bunu hər kəs yaxşı başa düşməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib.

F. Nəcəfli prezidentin tapşırıqlarından və Naxçıvanla bağlı planlardan danışarkən deyib:

“Bu planlar nədən ibarət olacaq? Bütün bu tövsiyələr və tapşırıqların hamısının əsasında xalqla yaxından işləmək, bu günə kimi baş vermiş problemləri kökündən həll etməkdir ki, bütün bunlar, əlbəttə ki, bizim əsas məqsədlərimizdir.

Bundan sonra növbəti mərhələlərdə biz makroiqtisadi göstəricilərə keçəcəyik, onlarla bağlı planlarımız mövcuddur. Hazırda bununla bağlı müxtəlif komissiyalar yaradılıb və o komissiyalar aktiv şəkildə işləyir. İnşallah, qısa müddətdə biz bu planların nəticələrini görə biləcəyik”.

F. Nəcəfli qeyd edib ki, bu planların həyata keçirilməsində müəyyən çətinliklər olacaq:

“Bu çətinliklərə sinə gərmək, mübarizə aparmaq lazımdır. Mən özüm də Naxçıvandanam və bu problemləri dərindən bilirəm. 

Məsələ orasındadır ki, Naxçıvan blokadası başlayanda bu, ilk illərdə olduqca çox çətin idi. Amma ondan sonra respublika prezidentinin düzgün siyasəti, rəhmətlik Ulu Öndərin qoyduğu tədbirlər planının nəticəsində Naxçıvan qismən blokadanı yarıb çıxa bildi. Yəni qazlaşdırma aparıldı, əhali artıq elektrik enerjisi ilə tam təmin olunub. 

Bəli, nəqliyyat məsələlərində müəyyən ciddi blokadalar mövcuddur, bu çətinliklər var. Zəngəzur dəhlizinin əhəmiyyət də elə məhz bundan ibarətdir. Mən Prezidentimizlə görüşümüzdə onun qətiyyətini hiss etdim və gördüm. Qətiyyətlə bunu bildirdi ki, Zəngəzur dəhlizi açılacaq və bu marşrut həm regional, həm lokal, həm də kontinental şəkildə xidmət göstərəcək. Bu da Naxçıvanın özünün tam blokadadan çıxarılması deməkdir”.



Xəbəri paylaş

1147 dəfə oxunub.

Digər xəbərlər