Tarix: 26-05-2022 | Saat: 07:52
Bölmə:Karusel / Təhsil | çapa göndər
Xəzər Universitetinin həyətində yerləşdirildiyi bildirilən elan müzakirələrə səbəb olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib.
Sözügedən elanda tələbələrə xitabən qeyd olunub ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.
“Töhmət nədir? Tələbəni daxili nizam-intizam qaydalarını pozduğuna görə xaric etmək, universitetin işgüzar fəaliyyətinə xələl gətirdiyinə görə məhkəməyə verib təzminat almaq lazımdır. Ona görə də biz xarici ölkələrdən mütəxəssislər gətiririk, uşaqları xarici universitetlərə qəbul etdirik ki, maksimum dərəcədə bu anormallıqdan uzaq olsunlar. Azərbaycan universitetlərinin Azərbaycan elmində, sənayesində, iqtisadiyyatında, səhiyyəsində hansı rolu var?” - ekspert məsələyə münasibət bildirib.
Xatırladaq ki, ali təhsil ocağının rektoru İradə Xəlilovadır.(Qafqazinfo)
Digər xəbərlər