Saytımızı qiymətləndirin


 
 

Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə Medvedevin oğlu da daxil edilib- “The Guardian”
Tarix: 16-11-2023 | Saat: 15:30
Bölmə:Karusel / Region / Dünya | çapa göndər

Avropa Komissiyası Rusiyaya qarşı 12-ci sanksiyalar paketini hazırlayıb və Aİ-yə üzv ölkələrə təkliflər göndərib.

Qarabaginfo.az xəbər verir ki, yeni tədbirlərə Rusiya almazlarına embarqo qoyulması, əvvəllər tətbiq edilmiş sanksiyalara riayət olunması ilə bağlı sərt tələblər, təxminən 5 milyard avro dəyərində bir sıra malların ixracı və idxalına məhdudiyyətlər, 120-yə yaxın fiziki və hüquqi şəxsə sanksiyalar daxildir.

“The Guardian” yazır ki, siyahıda 47 fiziki şəxs yer alır ki, onların arasında Rusiyanın ən yüksək səviyyəli liderlərinin,  qohumları da var.

Nəşrin yazdığına görə, yeni sanksiyalar siyahısına Ukraynada dezinformasiya və təbliğat kampaniyası təşkil etdiyinə görə İlya Medvedyev də daxil edilib. Onun adı və doğum tarixi Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin yeganə oğlunun adı ilə üst-üstə düşür.



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər