Tarix: 19-05-2024 | Saat: 10:06
Bölmə:Karusel / Dünya | çapa göndər
MAQATE müvafiq məlumatı müstəqil şəkildə təsdiq edə bilsə, Zaporojye vilayətindəki Atom Elektrik Stansiyasına (AES) edilən hücumlara görə kimin məsuliyyət daşıdığını açıqlayacaq.
Qarabaginfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi bildirib.
Mütəxəssisdən bir neçə dəfə soruşulub ki, onun tabeliyində olanlar Zaporojye AES-də atəşin mənbəyini dəqiq müəyyənləşdirə bilirlərmi? Lakin Qrossinin fikrincə, bu, son dərəcə çətin işdir. O deyib ki, stansiyaya hücum edən pilotsuz uçuş aparatları (PUA) istənilən istiqamətdən buraxıla bilər.
“Biz müfəttiş olduğumuz üçün spekulyasiya etmək istəmirik, mərminin mənşəyini təsdiqləmək üçün ixtiyarımızda olan bütün elementlər olduqda bu barədə danışmaq istərdik. Əgər mənə kifayət qədər məlumat verilsə, təbii ki, mən bunu geniş ictimaiyyətdən gizlətməyəcəyəm”, - MAQATE rəhbəri vurğulayıb.
Qrossinin dediyi kimi, Zaporojye AES-ə hücumlar barədə təsdiqlənmiş məlumatların dərci onun məsuliyyətidir. Amma indi obyektdəki şərait həqiqətin üzə çıxarılmasını “bir qədər çətinləşdirib”.
“Hər halda ümid edirəm ki, stansiyaya yeni hücumlar olmayacaq”, - agentliyin baş direktoru fikirlərini yekunlaşdırıb.
Digər xəbərlər