Saytımızı qiymətləndirin


 
 

Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar
Tarix: 03-10-2025 | Saat: 17:40
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar

Tarif (qiymət) Şurasının 3 oktyabr 2025-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.

Qarabaginfo.az Tarif Şurasına istinadən xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 6 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 45 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Qərar 7 oktyabr 2025-ci il tarixindən qüvvəyə minir. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

 



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər