Saytımızı qiymətləndirin


 
 

Biləsuvar GES elektrik enerjisinə tələbatın 4-5%-ni təmin edəcək
Tarix: 02-10-2025 | Saat: 14:10
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Biləsuvar GES elektrik enerjisinə tələbatın 4-5%-ni təmin edəcək

Biləsuvar Günəş Elektrik Stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5 %-ni təmin edəcək.

Qarabaginfo.az xəbər verir, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Biləsuvar GES-in birinci panelin quraşdırılması mərasimində deyib.

O bildirib ki, Biləsuvar GES 2026-cı ilin birinci yarısına istifadəyə veriləcək və gələn ilin sonundan şəbəkəyə tam gücü ilə elektrik enerjisini ötürməyə başlayacaq.

"Bu günəş elektrik stansiyası Azərbaycanın elektrik enerjisinə olan tələbatının 4-5 %-ni təmin edəcək", - Cavid Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Biləsuvarda günəşdən istehsal olunan elektrik enerjisi Azərbaycanın qaz resurslarının qənaət edilməsinə xidmət edəcək və qənaət edilmiş qazı ixraca yönəltməyə imkan verəcək.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər