Tarix: 01-10-2025 | Saat: 14:56
Bölmə:Karusel / Dünya | çapa göndər
Putinlə Zelenski arasında görüş ancaq ekspertlər səviyyəsində hazırlana bilər.
Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hazırda Moskva ilə Kiyev arasında danışıqlar prosesində fasilə yaranıb.
“Məhz ekspert səviyyəli danışıqlar prosesi yüksək səviyyəli təmaslara hazırlığa gətirib çıxara bilər. Yüksək səviyyəli təmaslar mürəkkəb məsələnin həllinə kömək edə bilməz. Təəssüf ki, biz hazırda Ukrayna tərəfi ilə belə bir görüşü hazırlaya bilmirik, çünki Kiyev rejimi İstanbul danışıqlar prosesini davam etdirməyə tələsmir, təqdim olunan sənəd layihələrinə ləng cavab verir və üç işçi qrupunun yaradılması təklifinə cavab verməyi ləngidir. Faktiki olaraq vəziyyət belədir”, - Kremlin sözçüsü vurğulayıb.
Digər xəbərlər