“Belçika ölkədə qeyri-qanuni kəşfiyyat fəaliyyəti həyata keçirmiş Rusiya vətəndaşlarının müəyyən edilməsi üçün səyləri gücləndirib”.
Qarabaginfo.az xəbər verir ki, bunu Baş nazir Alexander De Kroo deyib.
Onun sözlərinə görə, son aylarda hakimiyyət onlarla qondarma rus diplomatını deportasiya edib.
“Onlar casus idi? Aydındır ki, bəli,” – Baş nazir deyib.
De Kroo qeyd edib ki, Kreml mütəmadi olaraq müxtəlif növ vasitələrdən istifadə etməklə Belçikada demokratiyanı pozmağa çalışır.
“Rusiyaya qarşı çıxan kimi saytlarımız sonrakı saatlarda kiberhücumların hədəfinə çevrilir. Eyni zamanda Rusiya bizə qarşı çoxsaylı dezinformasiya kampaniyaları həyata keçirib”, – o qeyd edib.