Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Onlarla rus casusunu ölkədən çıxarmışıq”- Belçika Baş naziri
Ana Sayfa > Karusel / Dünya > “Onlarla rus casusunu ölkədən çıxarmışıq”- Belçika Baş naziri

“Onlarla rus casusunu ölkədən çıxarmışıq”- Belçika Baş naziri


5-03-2024, 14:21. Yazar: Admin

“Belçika ölkədə qeyri-qanuni kəşfiyyat fəaliyyəti həyata keçirmiş Rusiya vətəndaşlarının müəyyən edilməsi üçün səyləri gücləndirib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Baş nazir Alexander De Kroo deyib.

Onun sözlərinə görə, son aylarda hakimiyyət onlarla qondarma rus diplomatını deportasiya edib.
“Onlar casus idi? Aydındır ki, bəli,” – Baş nazir deyib.

De Kroo qeyd edib ki, Kreml mütəmadi olaraq müxtəlif növ vasitələrdən istifadə etməklə Belçikada demokratiyanı pozmağa çalışır.

“Rusiyaya qarşı çıxan kimi saytlarımız sonrakı saatlarda kiberhücumların hədəfinə çevrilir. Eyni zamanda Rusiya bizə qarşı çoxsaylı dezinformasiya kampaniyaları həyata keçirib”, – o qeyd edib.


Geri dön