Tarix: 25-12-2020 | Saat: 16:27
Bölmə:Karusel / Sosial | çapa göndər
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün ölkənin bir sıra rayonlarında daha 64 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib.
Nazirlikdən Qarabaqinfo.az-a verilən məlumata görə, Bərdə rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev iştirak ediblər.
H.Abdullayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların ailə üzvlərinin sosial müdafiəsi daim diqqətdə saxlanılır. Prezident İlham Əliyev tərəfindən şəhid ailələri, eyni zamanda müharibə əlilləri ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Ötən dövrdə onlarla bağlı mühüm sosial proqramlar icra olunur və daim genişlənir. Bununla yanaşı, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri, bu müharibənin iştirakçıları üçün də sosial dəstək tədbirləri həyata keçirilir.
H.Abdullayev xüsusilə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi evlərlə təminatı proqramının uğurla davam etdirildiyini və genişləndirildiyini vurğulayıb. Bu il şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə artıq 1350-dək mənzil və fərdi evin təqdim edildiyini bildirib
Digər xəbərlər