Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “Yeni Konstitusiyanın qəbulu ilk hədəflərimizdən biridir”
Tarix: 28-10-2022 | Saat: 22:51
Bölmə:Karusel / Manşet | çapa göndər

“Milli iradənin məhsulu olan yeni Konstitusiyanın qəbulu ilk hədəflərimizdən biridir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni perspektiv və hədəflərin yer aldığı “Türkiyə Əsri” proqramının təqdimatı mərasimində bəyan edib.

O, bildirib ki, əsas qanunun yenilənməsi prosesini xalqın razılığı ilə həyata keçiriləcək.

“Yeni Konstitusiya layihəsini ölkəmizin əmin-amanlığını möhkəmləndirəcək, millətimizin rifahını yüksəldəcək, qanunun aliliyini, plüralizmi, ədaləti gücləndirəcək şəkildə hazırlayaraq parlamentimizin təsdiqinə təqdim etmək və bu prosesi millətimizin razılığı ilə həyata keçirmək əzmindəyik. Məqsədimiz ədalətli olmaq, hər bir vətəndaşımızın azadlıqlarını təmin etmək, gənclərimizin öz gələcəyinə, bir sözlə, türk əsrinə yaraşan ümidlə baxmasına şərait yaratmaqdır. Min il Vətənini, bir əsr Cümhuriyyətini, 80 il demokratiyasını, 15 iyulda müstəqilliyini qorumağın bədəlini ödəmiş millətimizin belə bir Konstitusiyaya sahib olması ən təməl haqqıdır”, - deyə dövlət başçısı bildirib.



Xəbəri paylaş

1133 dəfə oxunub.

Digər xəbərlər