Saytımızı qiymətləndirin


 
 

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşündən danışdı: Çox maraqlı oldu...
Tarix: 10-03-2023 | Saat: 14:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Natiq Cəfərli Ədalət Vəliyevlə görüşündən danışdı: Çox maraqlı oldu...

 

Ötən gün Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ReAl partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli ilə görüşüb. Görüş Prezident Administrasiyasında baş tutub.

 

Görüşlə bağlı Qarabaqinfo.az danışan ReAl funksioneri Natiq Cəfərli bildirib ki, onların arasında açıq dialoq keçirilib.

 

"2019-cu ilin sonunda Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. 2020-ci ilin fevral-mart aylarından siyasi partiyalarla təmas prosesinə başlandı. Bu çərçivədə ən çox görüş keçirən partiya ReAl-dır. Partiyamızın sədri İlqar Məmmədovun Ədalət Vəliyevlə 12 görüşü olub. Partiya təmsilçimiz Erkin Qədirlinin də görüşü olub. Dünən dəvət aldım, biz görüşdük. Çox maraqlı, açıq dialoq oldu. Bir çox məsələlərdən danışdıq. Problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi apardıq. Ölkənin siyasi sisteminin dayanıqlı olması üçün hansı işlərin görülməsinin lazım olduğundan danışdım", - müxalif siyasətçi söyləyib.

 

Natiq Cəfərli belə görüşlərin əhəmiyyətli olduğunu söyləyib:

 

"Siyasi partiyalar haqqında yeni qanunla bağlı müzakirə apardıq. Mən bəzi problemlərdən söz açdım. Qaldırdığım problemlərin bəziləri ilə razılaşdı. Ümumilikdə hər bir qanun layihəsinin qəbul olunub, həyata keçirilməsi dövründə müəyyən problemlər yaranır. Lakin qanuna sonradan əlavə və dəyişikliklər də edilir. Hər halda belə təmasların, qarşılıqlı fikir mübadilələrinin davam etdirilməsinin əhəmiyyəti barədə danışdıq. Mənə elə gəlir ki, intensiv şəkildə görüşlər və fikir mübadiləsi gələcəkdə davam edəcək". modern.az



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər