Tarix: 22-09-2025 | Saat: 13:57
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Kalinovskoye yaşayış məntəqəsini ələ keçirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, Rusiya qüvvələri “Ukraynaya məxsus təyyarə istehsalı müəssisəsinə, PUA-ların saxlanması və buraxılış məntəqələrinə, muzdluların təlim mərkəzinə və Ukrayna silahlı qüvvələrinin dislokasiya məntəqələrinə zərbələr endirib”.
Eyni zamanda, Rusiya hava hücumundan müdafiə sistemlərinin son 24 saat ərzində Ukraynanın 7 hava bombasını, 2 HIMARS reaktiv yaylım atəşi mərmisini və 339 təyyarə tipli PUA-sını vurduğu açıqlanıb.
Rusiya MN “Ukrayna silahlı qüvvələrinin son 24 saat ərzində “xüsusi əməliyyat zonası”nda 1535-dən çox hərbçisini itirdiyini” bildirib.
Digər xəbərlər