Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydinin iştirakı ilə “Modon Holding”in sədri Cassem Al Zaabi ilə “Şəhər daxilində şəhər” (“City within a City”) konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Qarabaginfo.az bildirir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşımında bildirib.
Bir neçə milyard dollarlıq investisiya yatırımını nəzərdə tutan sazişə əsasən Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zona yaradılacaq.