Tarix: 18-09-2025 | Saat: 10:14
Bölmə:Karusel / Dünya | çapa göndər
Məhkəmə-Hüquq Şurasının Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Azərbaycan Hakimlər İttifaqından verilən məlumata görə, tədbirlə əlaqədar BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi Margaret Satterhwaite də Bakıya səfər edəcək. Onun iştirakı məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər mövzusunda keçiriləcək beynəlxalq konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolunun müzakirəsinə xüsusi önəm verəcək.
Xatırladaq ki, Azərbaycan Hakimlər İttifaqının 2009-cu ildən üzv olduğu Beynəlxalq Hakimlər Assosiasiyası insan hüquqları və məhkəmə müstəqilliyinin qorunması istiqamətində önəmli addımlar atır. 2025-ci ildə Bakıda keçiriləcək Baş Assambleya çərçivəsində həmçinin qurumun idarəetmə orqanlarına seçkilər aparılacaq və növbəti prezident müəyyən ediləcək.
Digər xəbərlər