Rusiya Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edir
Tarix: 20-05-2026 | Saat: 23:15
Bölmə:Karusel / Region | çapa göndər
90 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-05-2026 | Saat: 23:15
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edəcək.
Qarabaginfo.az xəbərinə görə, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – Rosselxoznadzor məlumat yayıb.
Bildirilib ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyinin və ixrac potensialının qorunması məqsədilə qəbul olunub.
Məlumata əsasən, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin verdiyi zəmanətlərə baxmayaraq, ölkədə Avrasiya İqtisadi İttifaqı üçün karantin hesab olunan məhsullar aşkarlanmaqda davam edir.
Rosselxoznadzor qeyd edib ki, 96,2 milyon ədəd gül məhsulunun idxalı zamanı 135 qanun pozuntusu qeydə alınıb. Bu göstərici 2025-ci ildə aşkar edilmiş bütün halların 77 faizini təşkil edir.
Xəbəri paylaş
Digər xəbərlər
26-09-2024, 10:51
İsrail ordusu Beyruta zərbə endirdi
9-02-2022, 15:53
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
24-02-2026, 14:36
TBMM-in komitə sədri: Azərbaycan-Ermənistan normallaşma prosesi son dərəcə pozitiv gedir
28-12-2021, 11:16
“Azərbaycan millisindəki işimə davam edəcəm” - Canni De Byazi
10-05-2023, 10:27
Heydər Əliyevin nurlu xatirəsinə



















