Tarix: 17-09-2025 | Saat: 12:32
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
"Bu ilin ilk yarısı üzrə cari əməliyyatlar balansının profisiti (CƏB) göstərir ki, AMB-nin proqnozları özünü doğruldur".
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov mətbuat konfransında bildirib.
O deyib ki, bu ilin I yarısında cari əməliyyatlar hesabının profisitinin ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 6,4 % təşkil edib ki, bu da müsbət dinamikanı göstərir. Orta müddətli dövrdə proqnozlar xarici sektorun əlverişli olacağını göstərir.
“İyul ayında 2025-2026-cı illərdə cari əməliyyatlar balansının profisitinin 3–4 milyard ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılıb. Növbəti iclaslarda əlavə dəqiqləşdirmələr ola bilər, lakin ciddi korreksiya gözlənilmir”, - Vüqar Əhmədov əlavə edib.
Digər xəbərlər