Ana Sayfa > Karusel / İqtisadiyyat > AMB: CƏB profisiti ilə bağlı proqnozlarda ciddi dəyişiklik gözlənilmir
AMB: CƏB profisiti ilə bağlı proqnozlarda ciddi dəyişiklik gözlənilmirBu gün, 12:32. Yazar: Admin |
"Bu ilin ilk yarısı üzrə cari əməliyyatlar balansının profisiti (CƏB) göstərir ki, AMB-nin proqnozları özünü doğruldur". Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov mətbuat konfransında bildirib. O deyib ki, bu ilin I yarısında cari əməliyyatlar hesabının profisitinin ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti 6,4 % təşkil edib ki, bu da müsbət dinamikanı göstərir. Orta müddətli dövrdə proqnozlar xarici sektorun əlverişli olacağını göstərir. “İyul ayında 2025-2026-cı illərdə cari əməliyyatlar balansının profisitinin 3–4 milyard ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılıb. Növbəti iclaslarda əlavə dəqiqləşdirmələr ola bilər, lakin ciddi korreksiya gözlənilmir”, - Vüqar Əhmədov əlavə edib. Geri dön |