Saytımızı qiymətləndirin


 
 

Siyarto: Macarıstanı hər gün Ukrayna münaqişəsinə cəlb etməyə çalışırlar
Tarix: 11-09-2025 | Saat: 09:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

 

Kiyev rəhbərliyi və Brüssel rəsmiləri hər gün Macarıstanı Ukrayna münaqişəsinə cəlb etməyə çalışır.
Qarabaginfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Belarusun “Birinci informasiya” telekanalına müsahibəsində deyib.

“Demək olar ki, hər gün Ukrayna və Brüssel bizi bu müharibəyə sürükləməyə çalışır. Biz müharibəyə fərqli baxan azsaylı ölkələrdən biriyik, Brüsseldə isə tamamilə başqa mövqe var. Biz ilk gündən atəşkəsə və sülh danışıqlarına çağırmışıq. Görürük ki, bu müharibəni Ukrayna döyüş meydanında qazana bilməz. Bu münaqişəni bitirməyin ən yaxşı yolu danışıqlar masasıdır”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, münaqişə nə qədər uzansa, bir o qədər çox ukraynalı həyatını itirir.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər