Saytımızı qiymətləndirin


 
 

Türkiyə İsrailin hucumu barədə əvvəlcədən HƏMAS-a məlumat verib
Tarix: 10-09-2025 | Saat: 12:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdəki Həmas nümayəndə heyətinə İsrailin gözlənilən hücumu barədə əvvəlcədən xəbərdarlıq edib, nəticədə HƏMAS rəhbərləri sağ qalıb.

Qarabaginfo.az bildirir ki, bu barədə “Türkiyə” qəzeti hərəkat nümayəndələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Türkiyə kəşfiyyatçılarından ibarət xüsusi qrup İsrail təyyarələrinin hərəkətini izləyib. İsrail Tunis sahillərində, Suriyanın Latakiya və Tartus bölgələrində, həmçinin Livan və Fələstində humanitar donanmaya zərbələr endirib. Növbəti hədəf Dohada ABŞ-ın himayəsi altında danışıqlarda iştirak edən Həmas nümayəndələri olmaq idi.

Türk kəşfiyyatı danışıqlar aparan heyətə xəbər verib və təhlükəsizlik tədbirləri gücləndirilib. Beləliklə, HƏMAS liderlərinin ölümünün qarşısını almaq mümkün olub.

Lakin hücum nəticəsində hərəkatın Qəzza zolağındakı liderlərindən biri Xəlil əl-Heyinin ofisinin rəhbəri Cihad Labed və onun oğlu Həmmam əl-Heyi də daxil olmaqla bir neçə nəfər həlak olub.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər