Tarix: 03-09-2021 | Saat: 17:33
Bölmə:Karusel / Dünya | çapa göndər
Əfqanıstanda müqavimət qüvvələrinin nümayəndəsi Faxim Dəşti Pəncşir ətrafında döyüşlərdə azı 450 “Taliban” üzvünün zərərsizləşdirildiyini, 150 döyüşçünün ələ keçirildiyini deyib.
O, dünən gecə baş tutan hücum nəticəsində 8 min “Taliban” üzvünün pusquya düşdüyünü vurğulayıb. Dəşti həmçinin müqavimət qüvvələrinin Bədəxşan və Kapis və Bəğlan vilayətlərinə yaxınlaşdıqlarını bildirib.
“Taliban” nümayəndəsi Bilal Kərimi isə deyir ki, hazırda aktiv döyüşlər gedir və vilayətin bir çox rayonu artıq “Taliban”ın nəzarətindədir.
“Biz düşünürük ki, yaxın günlərdə artıq vilayətə tam nəzarəti əldə edəcəyik”, - Kərimi deyib.
O, bütün istiqamətdə döyüşlərin getdiyini, hazırda mücahidlərin Pəncşirin mərkəzinə doğru irəlilədiklərini bildirib: “Hazırda Xavak kimi strateji rayon bizim nəzarətimizdədir, o cümlədən şərqdəki rayonların da çoxu nəzarətimizə keçib. Cənubdan isə Kabis rayonu bizdədir. Təxminən vilayətin 20 faizinə hazırda bizdədir”. (virtualaz.org)
Digər xəbərlər