Tarix: 09-09-2025 | Saat: 12:34
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
2024-cü ildə Mərkəzi Asiya ölkələrində problemli kreditlərin (NPL) həcmi artıb, lakin Azərbaycanın göstəricisi sabit qalıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankından (ADB) bildirilib.
Məlumata əsasən, regionun ümumi problemli kredit həcmi ötən illə müqayisədə 12,3% artaraq 4,6 mlrd. ABŞ dollarına çatıb. Bununla belə, Mərkəzi Asiyada orta NPL nisbəti 0,1 faiz bəndi azalaraq 2,7%-ə enib. Ölkələr üzrə təhlil göstərir ki, 2024-cü ilin sonuna Azərbaycanın bank sektorunda problemli kreditlərin ümumi həcmi 0,39 mlrd. ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 6,6% artıb. Bununla belə, problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi dəyişməyərək 1,9% səviyyəsində qalıb. Bu göstərici region üzrə ən aşağı səviyyələrdən biri hesab olunur. Ermənistan isə 1,2%-lik göstərici ilə ən yaxşı nəticəni nümayiş etdirib. Qazaxıstanda NPL nisbəti 3,1%, Özbəkistanda isə 3,9% təşkil edib.
Digər xəbərlər