Tarix: 03-03-2023 | Saat: 08:40
Bölmə:Karusel / Region | çapa göndər
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono gələn həftə Bakıya səfər edəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib. O, bildirib ki, Luis Bono bu vəzifədə regiona ilk səfərinə Bakıdan başlayacaq.
“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini və bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyününə davam edən sadiqliyimizi dəstəkləmək məqsədilə liderlərlə görüşməyi planlaşdırır. Qeyd etdiyim kimi o, səfər çərçivəsində Cənubi Qafqazın üç ölkəsinə gedəcək. O, ardıcıl olaraq Bakıya, İrəvana və Tbilisiyə səfər edəcək”, - deyə Ned Prays bildirib.
Yeni baş müşavir Luis Bononun dövlət katibi Entoni Blinken, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasındakı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutmuş üçtərəfli görüşdə əldə edilmiş tərəqqini inkişaf etdirəcək.
Ned Prays keçirdiyi brifinqdə bildirib ki, ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində səmərli iştiraka dair son günlərdəki səylərindən ümidlənib.
“Bu üçtərəfli görüşün yekununda biz Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştiraka dair son günlərdəki səylərindən ümidlənmmişik. Cənab Bono bu vəzifəsində bu səyləri inkişaf etdirəcəyinə və tərəqqinin davam etdiyini görəcəyinə ümid edir. Bütün bu üç şəhərdə (Bakı, İrəvan, Tbilisi) cənab Bono ABŞ-ın Cənubi Qafqazın dinc, demokartik və firavan gələcəyinə sadiqliyini vurğulayacaq”, - deyə Ned Prays bildirib.
Digər xəbərlər