"Həzi Asıanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub.

Bunu Qarabaginfo.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat ximdətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Bu səbəbdən "Neftçilər" stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüb və qatar texniki baxış üçün stansiya dalanına verilib. Nəticədə xətdə ikidəqiqə yubanma yaranıb. Xəttə onun əvəzinə qatar verilib", - deyə qurum rəsmisi bildirib.