Tarix: 11-12-2021 | Saat: 12:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-nin ötəngünkü bəyanatına etiraz bildirib.
Qarabaginfo.az xəbər verir ki, XİN Moskvanın NATO-nu Gürcüstan və Ukraynanın Alyansa daxil olması planlarından imtinaya çağırmasını qəbuledilməz hesab edir.
Nazirlikdən qeyd olunub ki, 2008-ci ilin aprelin 3-də NATO-nun Buxarest sammitində Gürcüstan və Ukraynanın Alyansa üzv olmasına dair qərar qəbul olunub:
“Bu qərar konsensus, bütün dövlətlərin öz xarici siyasət kursunu seçməklə bağlı suveren hüququnun olmasını təsbit edən beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmış olduqca mühüm siyasi qərardır”.
XİN Gürcüstanın NATO-ya üzvlüyünü ölkə əhalisinin mütləq əksəriyyətinin dəstəklədiyini və bu məqsədin Konstitusiyada da əks olunduğunu vurğulayıb:
“Üçüncü tərəfin Buxarest sammitinin qərarına yenidən baxılması ilə bağlı istənilən bəyanatı beynəlxalq hüququn başlıca prinsip və normalarına ziddir və XİN üçün qəbuledilməzdir”.
Qeyd edək ki, Rusiya XİN-nin ötən gün yaydığı bəyanatda bildirilib ki, Avropa təhlükəsizliyinin əsas maraqları çərçivəsində NATO-nun Buxarest sammitinin Ukrayna və Gürcüstanın Alyansa üzvlüyə qəbulu ilə bağlı qərarı rəsmən etibarsız hesab edilməlidir. NATO-nun Baş katibi Yens Stoltenberq öz növbəsində Rusiyanın tələbini yerinə yetirməkdən imtina edib. O, Alyansın məsələ ilə bağlı mövqeyinin dəyişməz qaldığını qeyd edib.
Digər xəbərlər