Tarix: 25-05-2021 | Saat: 12:37
Bölmə:Karusel / Gündəm | çapa göndər
”Hazırda dünyada koronavirusa yoluxmuş insanların sayı 168 milyonu, ölənlərin sayı 3 milyonu ötüb”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O bildirib ki, Azərbaycanda yoluxma sayı azalda da yenə də ölüm halları olur: “Keçən müddətdə bayram günləri oldu, bəzən test sayları azala bilər. Müsbət dinamika davam edir, apreldən yoluxma faizləri 10 faizdən aşağı düşməyə başlayıb, son günlər bu rəqəm 4,5, bəzən 3 faizə düşür, bu da müsbət dinamikadır. Qadınlar arasında yoluxma daha çoxdur. Yaş qruplarına gəldikdə, bir il ərzində dəyişiklik olmayıb, ən çox yoluxma yenə də 20-69 yaş arası qruplarda olur. Bütün respublika üzrə yoluxmalar ən çox Bakı, Sumqayıt, Abşerondadır. Rayonlarda statistika yaxşıdır, keçən il bu vaxtlarda cənub və digər bölgələrdə ciddi yoluxmalar var idi. Bu gün pozitiv dinamika var. Bakıda yoluxma daha çox Binəqədi və Xətai rayonlarındadır”.
Digər xəbərlər