Tarix: 06-09-2025 | Saat: 14:08
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qazaxıstan Baş nazirinin müavini-xarici işlər naziri Murat Nurtleu ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı olub.
Qarabaginfo.az “KazTAG”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı nazirlər həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirərək, onun bir sıra istiqamətlər üzrə gələcək inkişafına qarşılıqlı marağı təsdiqləyiblər.
Murat Nurtleu beynəlxalq hüquq normaları əsasında davamlı sülhə nail olmaq üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd edib. O əlavə edib ki, bu, regional sabitliyin möhkəmlənməsinə kömək edəcək.
Qeyd edək ki, iki gün əvvəl Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin saxlanıldığı xəbəri yayılıb. Lakin sonradan onların tutulması barədə məlumatların həqiqətə uyğun olmadığı açıqlanıb.
Digər xəbərlər