Saytımızı qiymətləndirin


 
 

Bakıda qətl törətməyə cəhd edən şəxsə cinayət işi açılıb
Tarix: 21-12-2020 | Saat: 16:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda qətl törətməyə cəhd edən şəxsə cinayət işi açılıb

Suraxanı rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayətini törədərək hadisə yerindən qaçmış şəxsin tutularaq istintaqa cəlb edilməsi təmin edilib.

Suraxanı rayon prokurorluğundan Qarabqginfo.az-a verilən məlumata görə, cari il aprelin 25-də Suraxanı rayonu ərazisində Faris Babaşovun tanışı Ülvi Hüseynova şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə hadisə yerindən qaçması müəyyən edilib.

Faktla bağlı 25.04.2020-ci il tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış və Faris Babaşov CM-nin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 19.12.2020-ci il tarixdə axtarışda olan Faris Babaşov tutularaq istintaqa cəlb edilib və barəsində Suraxanı rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.



Xəbəri paylaş

378 dəfə oxunub.

Digər xəbərlər