Tarix: 19-08-2025 | Saat: 09:30
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Prezidenti Donald Tramp ilə danışıqlardan sonra Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin ilə ikitərəfli görüşə hazır olduğunu bildirib.
Qarabaginfo.az xəbər verir ki, Ukrayna Prezidenti bunu Ağ Evdə baş tutan brifinqdə deyib.
"Mən bunu təsdiqlədim və bütün liderlər də mənimlə razılaşdı ki, biz Putinə ikitərəfli görüşə hazırıq", – deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, bu görüşdən sonra Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsini gözləyir.
Zelenski onu da əlavə edib ki, Ukrayna Rusiyayla gələcək əlaqələr üçün atəşkəsi şərt kimi irəli sürmür.
"Əgər ikitərəfli görüş üçün atəşkəsi şərt kimi irəli sürsək, ruslar bizi danışıqları pozmaqda günahlandıracaqlar. Biz isə hər hansı bir şərt olmadan görüşə hazırıq", – deyə Zelenski vurğulayıb.
Digər xəbərlər