Tarix: 27-07-2025 | Saat: 13:23
Bölmə:Karusel / Region | çapa göndər
Türkiyədə İstanbul Meşə Region İdarəsinin müdiri Zafer Derince meşə yanğınlarının 90 faizinin insan fəaliyyəti nəticəsində baş verdiyini bildirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Onun sözlərinə görə, siqaret kötüyü, bağda qurumuş otları yandıraraq təmizləmək, biçin qalığının yandırılması və qaynaq aparatları ilə aparılan işlər meşə yanğınlarına səbəb olub. Bu mövzuda vətəndaşlara xəbərdarlıq edilib.
Derince meşə yanğınlarının böyük əksəriyyətinin insan amillərindən qaynaqlandığını vurğulayaraq deyib: “Yanğınları söndürməklə öyünmək əvəzinə, bu il ölkəmizdə heç bir yanğın baş vermədi deməklə öyünməyi üstün tuturuq. Yanğınlarımızın 90 faizi insanlar törədib. Bunlar çox sadə səhvlərdir. Siqaret kötüyünün maşının pəncərəsindən atılması, bağ təmizliyinin yandırılaraq aparılması, biçin qalıqlarının yandırılması, qaynaq aparatları ilə aparılan işlər...”
Digər xəbərlər