Saytımızı qiymətləndirin


 
 

Taleh Kazımov: Yeni hedc mexanizmindən bütün kredit təşkilatları istifadə edə biləcək
Tarix: 23-07-2025 | Saat: 13:02
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Picture background

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni hedc mezanizmindən bütün banklar və bank olmayan kredit təşkilatları (BOKT) istifadə edə biləcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu alətin tətbiqi zamanı əsasən kapitala və yaxud maliyyələşdirilən sahə üzrə kredit portfelinə baxılacaq. Hedc olunan vəsaitin bankın məcmu kapitalının 5%- və yaxud istehlak kredit portfelinin 20%-i qədər nəzərdə tutulur.

“Təsirlərə gəldikdə isə biz sabit məzənnə rejimini dəstəkləyirik. Burda hər hansısa yüksək kredit riskləri yoxdur", - deyə o qeyd edib.

Xatırladaq ki, avqustun 1-dən Azərbaycan Mərkəzi Bankı (AMB) banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqinə başlayacaq. Proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB-nin təqdim etdiyi maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcək.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər