Saytımızı qiymətləndirin


 
 

Tramp NATO-nun Rusiyanı təslim etmə planını dəstəkləyib
Tarix: 17-07-2025 | Saat: 12:14
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp

ABŞ Prezidenti Donald Tramp NATO-nun Rusiyanı təslim olmağa məcbur etməyi hədəfləyən strategiyasını dəstəkləməyə başlayıb.

AzPost xəbər verir ki, bu barədə “The American Conservative” nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Tramp ikinci prezidentlik müddətinin ilk günlərində fərqli mövqe nümayiş etdirsə də, hazırda Moskva ilə Kiyev arasında sülh razılaşması üçün NATO-nun Rusiyaya təslim şərtlərini müdafiə edən strategiyasına yaxın durur.

Qərbin bu mövqeyinə əsasən, Rusiya işğal etdiyi ərazilərdən tam çəkilməli və Ukraynanın NATO-ya üzv olması perspektivini qəbul etməlidir.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, əgər əlli gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı yüz faizlik tariflər tətbiq ediləcək.

Eyni zamanda, ABŞ lideri bildirib ki, NATO Ukraynaya veriləcək ABŞ silahlarının dəyərini tam ödəyəcək. Bu razılaşma iyun ayında keçirilən NATO sammitində əldə olunub.

Tramp əlavə edib ki, Ukraynaya veriləcək hərbi yardım çərçivəsində Patriot hava hücumundan müdafiə sistemləri də təqdim olunacaq. ABŞ isə bu sistemləri təhvil verən müttəfiq ölkələrin arsenalını yeniləri ilə əvəz edəcək.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər