Saytımızı qiymətləndirin


 
 

Şəfəq Mehralıyeva: Kommunikasiya və rəqəmsal media üzrə insan kapitalı formalaşmalıdır
Tarix: 15-07-2025 | Saat: 12:49
Bölmə:Karusel / Multimedia | çapa göndər

Şəfəq Mehralıyeva: Kommunikasiya və rəqəmsal media üzrə insan kapitalı formalaşmalıdır

Kommunikasiya və rəqəmsal media üzrə insan kapitalı formalaşmalıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə keçirilən “Azərbaycan mediasının 150 ili: Biznes və jurnalistika arasında körpü” adlı panel sessiyada çıxış edən ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin müəllimi, “Kommunikasiya və rəqəmsal media” ixtisasının rəhbəri Şəfəq Mehralıyeva bildirib.

O qeyd edib ki, Azərbaycanda korporativ kommunikasiya infrastrukturlarının formalaşması üçün ilk növbədə keyfiyyətli insan kapitalının hazırlanması zəruridir:

"Bu ehtiyac nəzərə alınaraq, 4 il əvvəl ADA Universitetində “Kommunikasiya və rəqəmsal media” ixtisası təsis edilib. Həmin ixtisas üzrə bu il ilk məzunlarımızı verdik. İlk qəbul ilində 40 tələbə seçilmişdi, amma proqramı yalnız 15 nəfər bitirə bildi. Bu, sahənin nə qədər ciddi yanaşma və əzm tələb etdiyini göstərir”, – deyə Ş.Mehralıyeva qeyd edib.

O, proqramın təkcə jurnalistika sahəsinə deyil, həm də ictimaiyyətlə əlaqələr, korporativ kommunikasiya, media menecmenti və məlumat mühəndisliyi kimi sahələrə yönəldiyini vurğulayıb.

Şəfəq Mehralıyeva qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı ilə süni intellekt, vətəndaş jurnalistikası və sosial medianın təsiri media mühitini köklü şəkildə dəyişir: “Bu şəraitdə tənqidi düşüncə, informasiya bolluğunda doğru xəbəri tanımaq və virtual davranış sosiologiyasını anlamaq vacib bacarıqlardır. ADA Universitetində tədris proqramı son 4 ildə üç dəfə yenilənib və gələcəkdə də informasiya texnologiyalarına uyğun şəkildə inkişaf etdiriləcək. Bu sahədə fəaliyyət göstərmək istəyən gənclər təkcə xəbər yazmağı deyil, həm də məlumatı analiz etməyi, hədəf auditoriyaya uyğun media məhsulu istehsal etməyi bacarmalıdırlar".



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər