Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan “OPEC+” razılaşmasından çıxmaq imkanını nəzərdən keçirmir
Tarix: 15-07-2025 | Saat: 10:55
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Qazaxıstan “OPEC+” razılaşmasından çıxmaq imkanını nəzərdən keçirmir

Qazaxıstan neft hasilatının könüllü şəkildə məhdudlaşdırılmasına dair “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür) sazişindən çıxmaq variantını nəzərdən keçirmir.

Qarabaginfo.az “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib.

Onun sözlərinə görə, ölkə bu razılaşmanı neft bazarında sabitliyin təmin olunması üçün faydalı hesab edir və öhdəliklərini maksimum dərəcədə yerinə yetirməyə çalışır, baxmayaraq ki, bu hər zaman mümkün olmur.

“Hazırkı mərhələdə "OPEC+" sazişindən çıxmaq variantını nəzərdən keçirmirik. Hesab edirik ki, bu saziş faydalıdır və müəyyən dərəcədə neft bazarında sabitliyin təmin olunmasına kömək edir. Buna görə də bu məsələ müzakirə olunmur”, – Baş nazir qeyd edib.

Xatırladaq ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər