Tarix: 14-07-2025 | Saat: 14:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər
İyulun 14-də Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç olub.
Qarabaginfo.az xəbər verir ki, ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış daha bir neçə ailə bu gün doğma yurda qayıdıb.
İlk mərhələdə Xocalının Təzəbinə kəndinə 125 nəfərdən ibarət 28 ailə, Xanyurdu kəndinə isə 33 ailə yəni 122 nəfər köçürülüb.
Mənzillərin açarlarını ailələrə təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır. Təzəbinə və Xanyurdu kəndlərində də keçmiş məcburi köckünlərin rahat məskunlaşması üçün hər çür şərait yaradılıb. Kəndlər fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.
S. Qəhramanovun sözlərinə görə, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Kəndlərə köç prosesi mərhələli şəkildə davam edəcək./APA
Digər xəbərlər