Saytımızı qiymətləndirin


 
 

MİQ imtahanında metodika suallarının çətin olduğuna dair fikirlərə münasibət bildirilib
Tarix: 08-07-2025 | Saat: 12:21
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Picture background

“Müəllumlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər".

Qarabaginfo.az xəbər verir ki, xəbər verir ki, bunu bu gün161 nömrəli məktəbdə müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə bağlı açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu səsləndirib.

O bildirib ki, metodikaya dair tətbiqi sualların cavablandırılması nəzəri metodiki biliklərlə yanaşı pedaqoji təcrübə də tələb edir. Situasiyanı aydın dərk edənlər, pedaqoji duyumu olanlar belə sualları cavablandırmaqda çətinlik çəkmirlər.

Direktor müavini müəllimlərə və namizədlərə çağırış edərək metodiki biliklərin həm nəzəri, həm də praktiki tərəfinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə bilik və bacarıqların artırılması həm müəllimlərin peşəkarlığını yüksəldəcək, həm də təlim prosesini şagirdlər üçün maraqlı və səmərəli edəcəkdir.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər
29-04-2024, 10:46 Tramp Baydeni üstələdi