Saytımızı qiymətləndirin


 
 

Kiyevdə keçiddə qalan tələbələrimizin yeri dəyişdirildi - Rəsmi
Tarix: 26-02-2022 | Saat: 11:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kiyevdə keçiddə qalan tələbələrimizin yeri dəyişdirildi

Ukraynanın paytaxtı Kiyevdə yeraltı keçiddə qalan 9 azərbaycanlı tələbənin yeri dəyişdirilib.

Qarabaginfo.az-ın əldə etdiyi məlumata görə, həmin tələbələr sığındıqları yeraltı dayanacaqdan başqa bir yeraltı bunkerə aparılıblar. Onların ilk qaldıqları yerdə yemək olmadığı üçün sosial şəbəkələrdə müraciətləri yayılmışdı. Məlumata görə, hazırda sığındıqları bunker ərzaqla təmin olunsa da, orada yatmağa yerləri yoxdur.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin tələbələrlə mütəmadi olaraq əlaqə saxlayır: “Onların ilk sığınacağa yerləşdiyi vaxtdan əlaqədəyik. Təhlükəsizliyə görə öncədən tələbələrə yerlərini dəyişməmək tövsiyə olundu. Daha sonra onlar başqa bir sığınacağa keçiblər.

Hazırda olduqları yer daha əvvəlkinə nisbətən yaxşıdır. Amma saxlandıqları zirzəmidə internet olmadığı üçün qısa müddətliyinə küçəyə çıxdılar, biz onlarla görüntülü danışdıq, daha sonra yenidən sığınacağa qayıtdılar.

Tələbələrin Ukraynadan təxliyə edilməsi planı var. İlk fürsətdə onlar başqa bir ölkəyə aparılacaqlar”.

 

 

 



Xəbəri paylaş

269 dəfə oxunub.

Digər xəbərlər