Saytımızı qiymətləndirin


 
 

“Bizim geniş çeşiddə yüksək dəqiqliyə malik silahlarımız var” –İranın Müdafiə Nazirliyi
Tarix: 17-06-2025 | Saat: 17:42
Bölmə:Karusel / Region | çapa göndər

 

İran-İsrail
İran-İsrail

İran ordusu İsrailə son zərbəsi zamanı yeni qaydada idarə olunan raketdən istifadə edib.

Qarabaginfo.az xəbər verir ki, bunu İranın Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Əlirza Talainiq dövlət televiziyasına bildirib.

Generalın sözlərinə görə, raket İsrailin çoxqatlı hava hücumundan müdafiə sistemini, o cümlədən ABŞ-ın verdiyi vasitələri keçərək strateji obyekti – təhlükəsizlik və kəşfiyyat mərkəzlərindən birini vurub.

Müdafiə Nazirliyinin nümayəndəsi həmçinin qeyd edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilən əməliyyat İranın kəşfiyyat və silah sahəsində üstünlüyünü nümayiş etdirib.

“Hərbi-sənaye kompleksimiz İsraildən gələn təcavüz riskini nəzərə alaraq lazımi silahları əvvəlcədən hazırlayıb. Bizim geniş çeşiddə qabaqcıl və yüksək dəqiqliyə malik silahlarımız var”-deyə general vurğulayıb.

O, həmçinin “yeni sürprizlər” vəd edib: “Silahlı qüvvələrin daha təsirli hərəkətlərinin şahidi olacaqlar”.



Xəbəri paylaş

17 dəfə oxunub.

Digər xəbərlər