Saytımızı qiymətləndirin


 
 

Səhiyyə Nazirliyi: Hazırda daha çox A qripi qeydə alınır
Tarix: 05-06-2025 | Saat: 10:06
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Səhiyyə Nazirliyi: Hazırda daha çox A qripi qeydə alınır

Hazırda daha çox A qripi qeydə alınır və bu, sporadik xarakter daşıyır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, qrip infeksiyasına ilboyu rast gəlinir, lakin əsasən payız və qış aylarında xəstələnmə halları artır: “Yay aylarında isə yoluxmalar əsasən tək-tək hallarda müşahidə olunur. Bu epidemioloji qanunauyğunluq Azərbaycanda da özünü göstərir”.

Təyyar Eyvazov qeyd edib ki, risk qrupuna isə 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar, immun sistemi zəif olan şəxslər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlər və 65 yaşdan yuxarı insanlar daxildir: “Bu şəxslər üçün qrip daha təhlükəlidir, çünki ağır fəsadlara səbəb ola bilər. Belə ağırlaşmalar arasında meningit, ensefalit, pnevmoniya və digər ciddi vəziyyətlər yer alır”.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər
24-02-2022, 00:36 Kürdəmirdə ev yandı