Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Səhiyyə > Səhiyyə Nazirliyi: Hazırda daha çox A qripi qeydə alınır
Səhiyyə Nazirliyi: Hazırda daha çox A qripi qeydə alınır5-06-2025, 10:06. Yazar: Admin |
Hazırda daha çox A qripi qeydə alınır və bu, sporadik xarakter daşıyır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, qrip infeksiyasına ilboyu rast gəlinir, lakin əsasən payız və qış aylarında xəstələnmə halları artır: “Yay aylarında isə yoluxmalar əsasən tək-tək hallarda müşahidə olunur. Bu epidemioloji qanunauyğunluq Azərbaycanda da özünü göstərir”. Təyyar Eyvazov qeyd edib ki, risk qrupuna isə 5 yaşdan kiçik uşaqlar, hamilə qadınlar, immun sistemi zəif olan şəxslər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlər və 65 yaşdan yuxarı insanlar daxildir: “Bu şəxslər üçün qrip daha təhlükəlidir, çünki ağır fəsadlara səbəb ola bilər. Belə ağırlaşmalar arasında meningit, ensefalit, pnevmoniya və digər ciddi vəziyyətlər yer alır”. Geri dön |