Maliyyə Nazirliyi 5 depozit hərracından 29 mln. manatdan çox faiz gəliri əldə edəcək - Cədvəl
Tarix: 04-06-2025 | Saat: 16:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
80 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-06-2025 | Saat: 16:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Bu ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk dəfə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi məqsədilə depozit hərracı keçirilib.
Qarabaginfo.az xəbər verir ki, indiyədək bu məqsədlə 5 depozit hərracı təşkil olunub və ümumilikdə 3 milyard manat vəsait banklarda depozit kimi yerləşdirilib.
Qeyd edək ki, həmin 5 depozit hərracında banklara yerləşdirilən vəsaitdən Maliyyə Nazirliyi ümumilikdə 29.3 milyon manat məbləğində faiz gəliri əldə edəcək.
| Depozit hərracları | Depozitin məbləği | Depozitin müddəti | Orta çəkili faiz dərəcəsi | Faiz gəlirləri, mln. manat |
| 11 aprel 2025-ci il | 1 mlrd. manat | 3 ay | 7.21% | 18.025 |
| 24 aprel 2025-ci il | 500 mln. manat | 32 gün | 7.04% | 3.086 |
| 21 may 2025-ci il | 500 mln. manat | 30 gün | 6.8% | 2.795 |
| 26 may 2025-ci il | 500 mln. manat | 30 gün | 6.74% | 2.771 |
| 03 iyun 2025-ci il | 500 mln.manat | 30 gün | 6.42% | 2.638 |

Əlavə edək ki, depozit hərraclarında orta çəkili faiz dərəcəsi 7.21%-dən, 6.42% səviyyəsinə enib.
Xəbəri paylaş
Digər xəbərlər
22-06-2022, 16:09
Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib
22-06-2022, 23:58
Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi xəstəxanalıq oldu
1-08-2026, 10:24
ABŞ daha 43 Çin şirkətini sanksiyalar siyahısına daxil edib
28-01-2025, 14:45
Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş oldu
4-06-2021, 16:17
Şəhid olan icra nümayəndəsinin müavini... - Foto
1-04-2022, 15:43
Türkiyədən Qara dənizdə tapılan minalarla bağlı açıqlama
22-11-2024, 21:35
COP29 Sədrliyi 2035-ci ilə qədər iqlim fəaliyyəti üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon dollara çatdırmağa çağırır
27-08-2024, 11:07
Azərbaycan Prezidenti Maya Sanduya təbrik məktubu göndərib
18-11-2022, 12:03
İranda Xomeyninin evi yandırıldı - VİDEO


















