Ana Sayfa > Karusel / İqtisadiyyat > Maliyyə Nazirliyi 5 depozit hərracından 29 mln. manatdan çox faiz gəliri əldə edəcək - Cədvəl
Maliyyə Nazirliyi 5 depozit hərracından 29 mln. manatdan çox faiz gəliri əldə edəcək - Cədvəl4-06-2025, 16:50. Yazar: Admin |
|||||||||||||||||||||||||||||||||||
![]() Bu ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk dəfə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi məqsədilə depozit hərracı keçirilib. Qarabaginfo.az xəbər verir ki, indiyədək bu məqsədlə 5 depozit hərracı təşkil olunub və ümumilikdə 3 milyard manat vəsait banklarda depozit kimi yerləşdirilib. Qeyd edək ki, həmin 5 depozit hərracında banklara yerləşdirilən vəsaitdən Maliyyə Nazirliyi ümumilikdə 29.3 milyon manat məbləğində faiz gəliri əldə edəcək.
Əlavə edək ki, depozit hərraclarında orta çəkili faiz dərəcəsi 7.21%-dən, 6.42% səviyyəsinə enib. Geri dön |