Tarix: 03-06-2025 | Saat: 11:27
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Suriyadakı iki hərbi bazasını bağlayıb və Suriyada hərbi mövcudluğunu azaltmaq çərçivəsində daha bir hərbi bazanı kürdlərin - Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətinə verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına bildirib.
ABŞ komandanlığı bir neçə həftə ərzində Suriyadan 500-ə yaxın hərbçisini çıxarıb.
“500-ə yaxın amerikalı hərbçi Suriyadan çıxarılıb. Ölkə ərazisində yerləşən iki hərbi baza bağlanıb, digəri isə Suriya Demokratik Qüvvələrinə verilib”, - ABŞ rəsmisi bildirib.
Telekanalın məlumatına görə, kürd qüvvələri Mission Support Site Euphrates hərbi bazasına nəzarət edəcək. İmtina edilən ABŞ bazaları arasında Mission Support Site Green Village-in adı olsa da, digərinin adı açıqlanmayıb.
2015-2018-ci illərdə kürdlərin nəzarətində olan Suriya ərazisində doqquz ABŞ hərbi bazası yaradılıb. Bu ilin aprel ayında Pentaqon ABŞ Komandanlığının Suriyadakı kontingentini ixtisar edəcəyini və ölkə ərazisində 1000-dən az hərbçinin qalacağını bildirib.
Digər xəbərlər