ABŞ prezidenti Co Bayden “The Wall Street Journal” qəzetinin müxbiri, Amerika vətəndaşı Evan Qerşkoviçlə bağlı Rusiya hakimiyyətinə çağırış edib.
Qarabaginfo.az xəbər verir ki, Bayden jurnalisti azad etməyə çağırıb.
“Onu azad edin”, – Bayden bildirib.
Jurnalist martın 30-da Yekaterinburqda casusluq ittihamı ilə həbs edilib. İttihamı rədd edən “The Wall Street Journal” rəhbərliyi prezident Baydenə müraciət edərək Rusiya səfirini və bütün rusiyalı jurnalistləri ABŞ-dan çıxarmağa çağırıb.