Saytımızı qiymətləndirin


 
 

Rəşad Sadıqov: "Üçüncü qol oyunun sonu idi"
Tarix: 12-08-2022 | Saat: 21:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rəşad Sadıqov: “İlk matçdakı nəticəni unutmuşuq”

"Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar. Heyətimiz geniş deyil, itkilərimiz var idi. Matça pis başlamasaq da, buraxdığımız 2 ucuz qol rəqibə daha rahat oynamağa şərait yaratdı. Fərqi azaltdıqdan sorna ümidləndik, amma ikinci hissənin əvvəlində daha bir top buraxdıq. Belədə oyunu çevirmək çox çətindir".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Dalğa Arena"da "Sabah"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib.

40 yaşlı mütəxəssis bildirib ki, hücum potensialını artırmaq üçün ikinci hissədə Lorisi meydana buraxıb: "Sərtanın qol vurması heç nə demək deyil. Hücuma yaxşı qoşula bilmirdi. 3-cü qol oyunun sonu idi. Futbolçularım potensialından aşağı çıxış etdi. Daha aqressiv oynamalıyıq".



Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər