Saytımızı qiymətləndirin


 
 

Macarıstan Kiyevə yardıma “hə” deməyin müqabilində Aİ-dən 30 milyard istəyir- “Bloomberg”
Tarix: 13-12-2023 | Saat: 17:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Macarıstan 2027-ci ilə qədər Ukraynaya 50 milyard avro yardımı təsdiqləyəcək. Bir şərtlə ki, Avropa İttifaqı Budapeştə 30 milyard yardımı blokdan çıxarsın.

Qarabaginfo.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orbanın baş siyasi müşaviri Balazs Orban “Bloomberg”ə deyib.

“Avropa İttifaqının Macarıstanı maliyyələşdirməsi və Ukraynaya maliyyə ayırması iki ayrı məsələdir. Amma Ukraynaya maliyyənin dəyişdirilmiş Aİ büdcəsindən gəlməsində israr edirlərsə, o zaman iki məsələ bir-birinə bağlıdır”, – Balazs Orban bildirib.

Onun sözlərinə görə, Budapeşt öz mövqeyini dəyişməyib və Ukraynaya yardımın dörd illik planına qarşıdır: “Əvəzində Macarıstan Aİ-nin büdcəsində dəyişiklik edilmədən Kiyevin maliyyələşdirilməsini bir il müddətinə təsdiq etməyi təklif edir. Brüssel bu yanaşma ilə razılaşarsa, Macarıstan yardım paketinə töhfə verməyi nəzərdən keçirəcək”.

Aİ qanunun aliliyi və rüşvətxorluq problemlərinə görə Macarıstana təxminən 30 milyard avroluq transferləri dayandırıb. Bu məbləği açmaq üçün Budapeşt akademik azadlığın təmin edilməsindən tutmuş, sığınacaq verilməsinə qədər bir sıra tələbləri yerinə yetirməlidir. Budapeşt məhkəmələrin müstəqilliyinə yönəlmiş qanunları qəbul etdiyi üçün Aİ dekabrın 13-dək bu məbləğin 10 milyard avrosunu blokdan azad etməlidir. Lakin Baş nazir Orban bildirib ki, o, tam məbləğə ümid edir.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər