Saytımızı qiymətləndirin


 
 

Dumanın sədr müavini: Ermənistanı Rusiyadan uzaqlaşdırmaq ziyanlıdır
Tarix: 15-12-2023 | Saat: 14:46
Bölmə:Karusel / Region | çapa göndər

Dumanın sədr müavini: Ermənistanı Rusiyadan uzaqlaşdırmaq ziyanlıdır

“Ermənistanı Rusiyadan uzaqlaşdırmaq ziyanlıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.
Tolstoy ABŞ səfirliyi nəzdində 2 500 qeyri-hökumət təşkilatının mövcudluğunu, qrant, pul və cəmiyyətdə Rusiya əleyhinə bəyanatları bu prosesin nəticəsi adlandırıb.

Duma spikerinin müavini İrəvana çağırış edərək deyib ki, həm Rusiyadan, həm də Avropadan eyni vaxtda hər şey almağa çalışan postsovet ölkələrinin səhvlərini Ermənistan hökuməti təkrarlamasın.

“Qarabağdakı sonuncu müharibə dövründə Ermənistan parlamentinin deputatları sözün əsl mənasında, hər həftə mənim kabinetimə gələrək deyirdilər: “Zəhmət olmasa, zəng edin, deyin, nə isə edin , Rusiya Prezidentinə müraciət edin, müharibəni dayandırın!”. Bu gün isə həmin deputatlar artıq yoxa çıxıb, heç biri yoxdur”, - deyə Tolstoy vurğulayıb.



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər
29-11-2022, 13:41 Bakıda 2 cibgir tutuldu