Saytımızı qiymətləndirin


 
 

Penitensiar Xidmət: Müalicə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb
Tarix: 25-03-2019 | Saat: 10:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabaginfo.az//

 

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən “Report”a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən Vəliyev Samir Cabir oğlu ilə qısamüddətli görüşə gələn əmisi, Masallı rayon sakini Ağayev Sabir Lətif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

548 dəfə oxunub.

Digər xəbərlər